BU DƏFƏ İRAN SANKSİYA TƏTBİQ ETDİ

24 ABŞ VƏTƏNDAŞINA QARŞI-ADLAR

SeherXeber.org  İran Xarici İşlər Nazirliyinə istinadən terrorizm və insan haqlarının pozulması ilə mübarizə üçün ABŞ rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyalar siyahısına daha 24 adın əlavə edildiyini açıqlayıb.

Terrorla  mübarizə çərçivəsində sanksiya siyahısında olanlar aşağıdakılardır: CENTCOM-un keçmiş komandanı Cozef Votel, ABŞ-ın keçmiş Baş Qərargah rəisi Corc Uilyam Keysi, ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Rudolf Uilyam Luis Culiani, ABŞ-ın Beyrutdakı səfiri Doroti Şi və ABŞ-ın İsraildəki keçmiş səfiri David Meleş Fridmən.

İnsan haqları pozuntularına görə sanksiya siyahısına daxil edilənlər arasında keçmiş ABŞ Prezidenti Donald Tramp dövründə ticarət naziri olmuş Vilbur Luis Ross, Barak Obama dövründə ABŞ Maliyyə Naziri olmuş Ceykob Cozef Lyu və ABŞ-ın Berlindəki keçmiş səfiri Riçard Qrenelli də yer alıb.

İran Xarici İşlər Nazirliyi İraqda İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin ölümündən sonra hücum əmrini verdiyi üçün ABŞ-ın keçmiş prezidenti Donald Tramp və bəzi digər ABŞ rəhbərlərini sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.