DÜNYANIN ƏN ÇİRKLİ ŞƏHƏRİ HARADIR? TEHRAN!

“Azad İran” Teleqram kanalı məlumat yayıb ki, Tehran Dünyada havanın çirklənməsi göstəricisini sıralayan birinci şəhərdir. “IQAir” veb-saytı İranın paytaxt şəhərini ardıcıl olaraq iki gün dünyanın ekoloji cəhətdən ən çirkli şəhəri elan edib.

Kanal yaydığı məlumatda Tehran şəhərini 178 indeksi ilə dünyanın ən qeyri-sağlam hava şəraitinə malik şəhəri seçib.

Meteorologiya rəsmiləri şənbə günü axşamdan etibarən Tehranda və İranın digər bir çox bölgələrində toz fırtınasının güclənəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.