İRANDA ƏCZAÇILAR BİRLİYİ ETİRAZ AKSİYASINA ÇIXANLARI HAQLI SAYIR

İranda əczaçılar infilyasiya ilə gəlirlərinin bərabərləşdirilmədiyinə etirazlarını bildiriblər. Bu aksiya müxtəlif şəhərləri əhatə edib. Aksiyaya çıxanlar gəlirlərinin inflyasiyaya uyğun qaldırılmasını tələb ediblər.

Aksiyaçıların tələbləri reallığa əsaslanır. Belə ki, gəlirlərin infilyasiyaya uyğun qaldırılmaması etirazlara səbəb olur. Ölkədə bütün malların qiymətinin bahalaşmasına baxmayaraq əmək haqları sabit olaraq qalır:

“Gəlirlərimizin infilyasiyaya uyğun olmadığı üçün artıq alıcılıq qabiliyyətimiz neçə qat azalıb və sadə məişət problemləri ucbatından ailə qura bilmir, ailəlilər isə ailələrini idarə etməkdə çətinlik çəkirlər”, – deyə əczaçıların bəyanatında qeyd olunub.

Tehran Əczaçılar Birliyinin başçısı Həmid Xoyi də məsələ ilə bağlı verdiyi açıqlamada etirazçıları müdafiə edib. O, deyib ki, ancaq hazırkı iqtisadi şəraitdə əmək haqlarının artırılmasının mümkün deyildir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.