ETİRAZ AKSİYALARININ COĞRAFİYASI GENİŞLƏNİR

DAHA İKİ ŞƏHƏR QOŞULDU

Mayın son günləri gecə radələrində Abadan, Xurrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirib. “Xameneyi qatildir, hakimiyyəti batildir” şüarını səsləndirən narazılar İranın ali rəhbəri Əli Xameneyinin siyasətini pisləyiblər.

Məlumata görə, narazı kütlə Abadan bələdiyyəsinə hücum edib, çökən və onlarla insanın ölümünə səbəb olan “Metropol” binasının sahibi Hüseyn Əbdülbaqinin şəhərdəki mağazalarını yandırıblar.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/987410178554740/

Azerbaycan-ruznamsi.org

Şərhlər bağlıdır.