BŞİH-DƏN “AZAD QADIN” HEYKƏLİ İLƏ BAĞLI AÇIQLAMA

DÜNYƏVİ DÖVLƏTDƏ TARİX - MƏDƏNİYYƏT ABİDƏSİ SÖKÜLƏ BİLMƏZ

“Bakıda “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən kütləvi informasiya vasitələri üçün açıqlamasında bildirilib.

Həmin sənəddə qedy edilir ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır:

“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.