ƏRDOĞAN VƏ SALMAN ANLAŞMASI NƏTİCƏ VERDİ

TÜRKİYƏYƏ QARŞI QƏRAR LƏĞV EDİLDİ 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ilə keçirdiyi görüşün təfərrüatları məlum olub.

Görüşdə əsas müzakirə mövzularından biri də Səudiyyənin Türkiyəyə tətbiq etdiyi üstüörtülü ixrac embarqosu olub.

Embarqonun tezliklə ləğv ediləcəyi bildirilib.

Türkiyənin diplomatik mənbələri səfərin məqsədinin ikitərəfli münasibətləri tam normallaşdırmaq olduğunu deyiblər:

“Son illərdə böhrandan çıxmaq üçün mühüm addımlar atılıb. Tam normallaşma prosesinə daxil olduğumuzu deyə bilərik. Bundan sonrakı məqsəd son illərdə yaşanan böhrandan əvvəlki dövrə qayıtmaqdır. Bunun üçün təmaslar daha da sıxlaşacaq, qarşılıqlı səfərlər artacaq”.

Görüş zamanı iqtisadi sahədə yeni sazişlər də müzakirə edilib. Türkiyəyə investisiyaların artırılması ilə bağlı razılıq əldə olunub. İki ölkə arasında svop sazişinin olub-olmayacağı isə ən çox maraq doğuran məsələlərdən biri idi. Görüş zamanı bu addımın da yaxın günlərdə atılmasına qərar verildiyi məlum olub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.