DÜNYANIN ƏN GÜCLÜ PASPORTLARI HANSILARDIR?

AZƏRBAYCAN NEÇƏNCIDIR? 

İngiltərənin “Henley” şirkəti dünyanın ən güclü pasportlarının siyahısını açıqlayıb.

Bu barədə məlumat “Henley Passport Index 2022”-də dərc olunub.

Məlumata görə, Yaponiya və Sinqapur 192 ölkəyə vizasız giriş imkanı verən ən güclü pasportlara malikdir. Onlar siyahıda ilk yerləri tutublar. Almaniya və Cənubi Koreya isə sonrakı yerlərdə qərarlaşıblar. Bu ölkələrin vətəndaşları 190 ölkəyə vizasız səyahət edə bilər.

Siyahıda daha sonra Finlandiya, İtaliya, Lüksemburq, İspaniya yer alıb.

İngiltərə mərkəzli Henley şirkətinin hazırladığı hesabata görə, 2022-ci il üçün yeni siyahıya Ukrayna-Rusiya müharibəsi də təsir edib. Belə ki, Ukraynanın pasportu yanvar ayından etibarən möhkəmlənib və 143 ölkəyə vizasız giriş imkanı yaradan Ukrayna 35-ci yerdən 34-cü yerə yüksəlib.

Rusiya isə 117 ölkəyə giriş icazəsi verən pasportu ilə 46-cı yerdən 49-cu yerə düşüb.

Qeyd edək ki, Azərbaycan bu siyahıda 78-ci yerdədir. Ölkəmizin vətəndaşlarının 70 ölkəyə vizasız getmək imkanı var. Qonşu ölkə olan Türkiyə 110 ölkəyə vizasız səyahət etmək imkanını əldə saxlasa da, yanvar ayından bu yana siyahıda iki pillə geriləyərək 54-cü yerdə qərarlaşıb. Gürcüstan 116 ölkə ilə 52-ci, Ermənistan 66 ölkə ilə 81-ci yerdədir.

Siyahının sonuncu yerini cəmi 26 ölkəyə vizasız gediş-gəlişi olan Əfqanıstan tutub. Onu müvafiq olaraq İraq (28), Suriya (29), Pakistan (31) ölkələri izləyib.

Siyahının ilk onluğunu təqdim edirik: 

Yaponiya, Sinqapur (192 ölkə)

Almaniya, Cənubi Koreya (190 ölkə)

Finlandiya, İtaliya, Lüksemburq, İspaniya (189 ölkə)

Avstriya, Danimarka, Hollandiya, İsveç (188 ölkə)

Fransa, İrlandiya, Portuqaliya, Böyük Britaniya (187 ölkə)

Belçika, Yeni Zelandiya, Norveç, İsveçrə, ABŞ (186 ölkə)

Avstraliya, Kanada, Çexiya, Yunanıstan, Malta (185 ölkə)

Macarıstan (183 ölkə)

Litva, Polşa, Slovakiya (182 ölkə)

Estoniya, Latviya, Sloveniya (181 ölkə)

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.