Azərbaycanın Güneyindən olan siyasi məhbus Əkbər Əbülzadə aclıq aksiyasının bir həftədən çoxdur ki, davam edir.
O, məzuniyyət hüququndan məhrum edilməsi və ailəsinin təhlükəsizlik məmurları tərəfindən incidilməsinə etiraz olaraq iyulun 17-dən aclıq aksiyasına başlayıb.
Əbulzadə 2015-ci ilin noyabrında Güney Azərbaycan şəhərlərində kütləvi anti-irqçi aksiyalar zamanı tutularaq məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi.
Bu müddət ərzində həyat yoldaşından “sevgilim” deyə bəhs edən Sara Xudakərəmi tək başına Əkbər Əbulzadənin səsi olmağa çalışıb.
Əbulzadənin səsi olaq lütfən, Güney Azərbaycanın müstəqil övladlarının zindanlarda xəbərsizliyə məhkum edilməsinə icazə verməyək. Bu günlər də keçəcək, üzü qaralıq Azərbaycan adından öz şəxsi maraqları üçün istifadə edənlərə qalacaq.
Şərhlər bağlıdır.