OVÇU: “RESTORANLAR BİZDƏN QABAN ƏTİ ALIR”

İranda günü-gündən ərzaq mallarının bahalaşması, maaşların az olması, əhalinin güzəranının getdikcə pisləşməsi və hətta bir çox ailələrin aylarca ət ala bilməməsi onları İslamda haram buyurulan çöl donuzu- qaban əti yeməyə sövq edib.

Tədqiqatçılar İranın cənub bölgələrində yerində araşdırmalar zamanı bir neçə qaban ovçusu ilə söhbət ediblər.

Hüseyn adlı ovçu bu barədə deyib: “Bu qabanı özümüz ovlamışıq, yaxşı əti var, mikroblarını öldürmək üçün bir neçə gün soyuducuda dondurmuşuq və indi yemək olar. Qoyun ətindən daha dadlıdır. Bir qaban ovlayıb bir ay ətindən istifadə edirik, yoxsa bu bahalıqda qoyun əti yemək olar?”

Mahmud adlı digər ovçu isə bəzən restoranlara qaban əti satır. O, bu barədə deyir: “Bəs mən nə edim, restoran sahibi müştəriyə istənilən əti verməyə razıdırsa, təbii ki, mən də satıram”.

شیوع عجیب گرازخوری در برخی مناطق ایران! شکارچی: رستوران‌ها از ما گوشت گراز می‌خرند

Azad İran

Şərhlər bağlıdır.