BMT BAŞ KATİBİNİN DÜNYA ÖLKƏLƏRİNƏ MÜRACİƏTİ:

PAKİSTANA KÖMƏK EDİN!

BMT-nin Baş katibi Antoniu Quterreş dünya ölkələrini Pakistana köməyə çağırıb.

Xarici KİV xəbər verir ki, Baş katib Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin yardım göstərməsinin vacibliyini vurğulayıb.

Quterreş Pakistandakı fəlakətlə bağlı digər ölkələr arasında məlumatlılığın artırılması üçün səy göstərəcəyini vurğulayıb.

“Bu, ədalət məsələsidir”, – Quterreş deyib.

Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, iyunun ortalarından bu yana güclü musson daşqınları nəticəsində 1 396 nəfər ölüb, 12 728 nəfər xəsarət alıb, 1 743 345 evə ziyan dəyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.