TƏLƏBƏ HƏBSLƏ CAVAB VERİLDİ

2020-ci ilin oktyabr ikinci ongünlüyü. Təbriz, Zəncan və Ərdəbildə Azərbaycan ordusuna dəstək məqsədli mitinqlər keçirilir. Bu plakatlar o zaman qaldırlımışdı. Plakatın birinin üstündə “Gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı yazılıb. Aksiya iştirakçıları İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edirdi.

Cavabsız qalmadı. Təkcə Ərdəbildə 12 azərbaycanlı fəal həbs edildi. Ermənistan sərhədləri İranın qırmızı xətti elan edildi, ən üst səviyyədə rəsmilər tərəfindən Ermənistanla ticarət keçid mənqtəqəsinin bağlanmaması üçün hərbi qarşıdurmaya gedilə bilinıcəyi də anons edildi.

Ötən il İnqilab Keşikçiləri Korpusu Araz boyunca “Xeybər fatehləri”, bu ilsə “Güclü İran” adları altında hərbi təlimlər keçirdilər. Nurduz məntəqəsi də hərbi təlimlər keçirilən Araz Azad iqtisadi rayonunda yerləşir. Və təlimlər yalnız Arazdan şimala deyil, cənubdakılara-yəni öz vətəndaşlarına da mesajdır, güc nümayişidir.


Cəmaləddin H. Quliyev

Şərhlər bağlıdır.