Bu gün( 26 noyabr 2022) Bəsic günü münasibəti ilə bəsic dəstələrinin nümayəndələri qarşısında çıxış edən və çıxışı canlı yayımlanan, bitməyən inqilab Rəhbəri iki sərt və etinasızlıq mövqeyi nümayiş etdirərək öz xalqına, millətinə və bütövlükdə cəmiyyətə münasibətdə cox sevdikləri QIRMIZI XƏTTİ keçdiyini elan etdi.
1.İğtişaşçılar və terroristlər cəzalandırılsın.
Hər bir ölkədə terroristlər və iğtişaşçılara qarşı qanun çərçivəsində sərt tədbirlər görülməsi nəzərdə tutulur. Amma bu gün İranda etirazlar dalğası genişləndiyi bir vaxtda, Rəhbərin bir daha sərt repressiyaya çağırış etməsi, həmin göstərişin günahsız insanlara – dinc etirazçılara da şamil ediləcəyinə yaşıl işıq yandırmış olur. Rəhbər adlandırılan qoca bir kişinin belə qəddarlıq nümayiş etdirməsi, onun yerinin SƏHV düşdüyünü göstərir.
2.İranda hakimiyyəti xalqın tələblərini eşitməyə çağıranlara cavab olaraq Rəhbər deyir ki, hanı millət, millət siz deyən deyil, millət, bizim küçələrə çıxardığımız kütlədir. Millət 4 noyabr ABŞ səfirliyinin zəbt edilməsi hadisəsinin idönümü günü küçələrə çıxardığımız insanlardır. Mllət sepah generalının dəfn mərasiminadə iştirak edən kütlə idi. Millət həlak olan polis, bəsic və sepahçının dəfnində iştirak edənlərdir. Siz eşidin onların səsini.
Beləliklə, İranda bütün hakimiyyətlərin TƏK başçısı – Rəhbər etirazları əsasız hesab etdiyini, xalqın heç bir problemi olmadığını, xalqın hakimiyyəti dəstəklədiyini bəyan edərək etiraz və iğtişaşları ZOR gücünə yatıracaqlarının bir daha anonsunu verdi.
Hakimiyyətin hansısa islahatlara gedə biləcəyinə ümid edənlər bir daha yanıldıqlarını anlayaraq, güc dili ilə danışan rəhbərə qarşı daha ciddi addımlar haqqında düşünməli olacaqlar. Əks halda təkcə meydanlardakı etirazçılar deyil, həm də onlara siyas, ideoloji və başqa növ dəstək göstərənlər çox ağır qiymət ödəməli olacaqlar.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.