AYLAR HƏQQİ “HÖKUMƏT QÜVVƏLƏRİ TƏRƏFINDƏN BAŞININ ARXASINA BİRBAŞA ATƏŞ AÇILARAQ” ÖLDÜRÜLDÜ

İran İslam Respublikasının polis qüvvələri, Təbrizdə etirazçılardan biri olan Aylar Həqqinin “qazıntı sahəsinə yıxılaraq” öldüyünü elan edib. Amma onun yaxın qohumlarından biri, mətbuata ona birbaşa atəş açaraq öldürüldüyünü bildirib. Dəfn zamanı Ayların başının arxasından güllə çıxıb. Əlavə ediblər ki, Ayların atasına da etiraf etmək üçün təzyiqlər var.

Qohumunun sözlərinə görə, Təbrizin Azad Universitetinin tibb fakültəsinin 4-cü kurs tələbəsi Aylar Həqqi də digər gənclər kimi gələcəyə ümid bəsləyib və onları küçələrdə olmağa çağırıb. Bundan əvvəl ölkənin tələbə Həmkarlar İttifaqı Şuralarının kanalı, bu tələbənin noyabrın 25-də axşam saatlarında Təbriz şəhərində keçirilən etiraz aksiyaları zamanı öldüyü barədə məlumat vermişdi.

Aylar Həqqinin cənazəsinin dəfn mərasimi cümə günü Təbrizin Vadi Rəhmət qəbiristanlığında, insanların böyük iştirakı ilə keçirilib. Bununla belə, eyni zamanda, Şərqi Azərbaycan vilayətinin kəşfiyyat polisinin rəhbəri Ebrahim Mahmudi cümə axşamı iddia edib ki, bu tələbə “Təbrizin Şahran qülləsi yaxınlığındakı qazıntı sahəsində qəza nəticəsində” dünyasını dəyişib.

Mahmudi iddia edib ki, xanım Həqqi “binanın dayanacağı qarşısında maşından düşüb və bir neçə dəqiqədən sonra qəza onun başına gəlib”. İran İslam Respublikası nümayişçilərin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə görə məsuliyyət daşımır, ölənlərin çoxu “yol qəzası”, “intihar”, “yüksəkdən düşmə” və ya “terroçuların atəşilə” kimi səbəbləri açıqlayıb.

İran İslam Respublikasının hakimiyyəti, etirazçıların öldürülməsini inkar etmək üçün, ölənlərin yaxınlarının məcburi etiraflarından istifadə edir. Ölənlərdən bəzilərinin ailələri mətbuata bildiriblər ki, onlara susmaq və ölülərini Bəsici elan etmək üçün təzyiq olunur. Həmçinin Kürdüstan, Kirmanşah və Qərbi Azərbaycanda ölənlərin ailələrinə təzyiq edilir.

İran İslam Respublikasının məhkəmə və təhlükəsizlik orqanları, bu etirazlarda həlak olanların sayı ilə bağlı rəsmi və dəqiq statistik məlumat verməkdən imtina ediblər. Amma insan haqları təşkilatları ölənlər barədə təfərrüatları və kimliyini açıqlamaqla, müxtəlif statistik rəqəmlər təqdim edirlər və ölənlərin sayının 300-dən çox olduğunu deyirlər.

Beyrək

Şərhlər bağlıdır.