TƏBRİZDƏ MƏKTƏBLƏR BAĞLANDI

Beş gündür ki, Təbrizdə uşaq bağçaları və orta məktəblərdə tətil elan edilib.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Baş Təhsil İdarəsi məlumat yayıb.

Məlumatda Təbrizdə hava çirkliliyinin səviyyəsinin artdığı, bunun uşaq, xəstə və həssas yaş qrupları üçün təhlükəli olduğu bildirilib.

Qeyd edək ki, İranın Ətraf Mühit Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzindən son bir il ərzində İranda 21 min nəfərin hava çirkliliyi nəticəsində həyatını itirdiyi bildirilib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.