İranda rejimə qarşı keçirilən kütləvi etirazlar davam edir. Ölkədə insan hüquqları kobud şəkildə pozulur. Azğınlaşan hakimiyyət vətəndaşların dinc etirazına qarşı zorakılıq nümayiş etdirir. Edamların artması isə xüsusi narahatlıq doğurur. Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb dünyası hələ də, rejimə qarşı sərt sanksiyalar tətbiq etməyə tələsmir. rejim beynəlxalq qanunlara riayətlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, onları pozur. Bundan başqa, İranda milli və dini azlıqlardan olan fəalların kütləvi həbsi səngimək bilmir.
Nəhayət ki, Birləşmiş Ştatlar İranda üç aydan artıqdır ki, davam edən etiraz aksiyaları ilə bağlı sərt mövqe nümayiş etdirmək qərarına gəlib. Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mətbuat konfransında ABŞ-ın “iranlı etirazçılara dəstək” üçün nə edə biləcəyi sualına cavab olaraq bildirib ki, “biz insan haqlarının kobud şəkildə pozulmasında iştirak etdiklərini elan etdiyimiz şəxslərə qarşı bir sıra sanksiyalar tətbiq etmişik. “Biz təkcə özümüz tədbir görməmişik, dünyanın digər ölkələri ilə razılaşmalar aparmışıq və qlobal səslə baş verənləri pisləmişik”.
ABŞ-ın ardınca Avropa İttifaqı da eyni sərtlik göstərmək qərarına gəlib. Qurumun da yeni sanksiyalar paketinin təfərrüatları açıqlanıb. Belə ki, İranın radioteleviziya kanallarına və onlara bağlı qurumlara sanksiyalar qoyulub. “Seda və Sima”nın Avropa Birliyindəki bütün media ofisləri və şəbəkələri bağlanacaq. Bundan əvvəl Aİ İranın 14 yüksək rütbəli zabitinə sanksiya tətbiq edib. “Reuters” xəbər verir ki, Britaniya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə əli olan 12 rus hərbi komandirinə, habelə hücumlarda istifadə edilən hərbi pilotsuz təyyarələrin istehsalı və təchizatı ilə məşğul olan iranlı iş adamlarına sanksiya tətbiq etdiyini bildirib.
Öz növbəsində “The New Arab” nəşri xəbər verir ki, Suriyanın mobil operatoru “Wafa Telecom” İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələri bölüşür. Yeni araşdırma Suriya rejiminin şirkətin Tehranla əlaqələrini ört-basdır etmək cəhdlərinə baxmayaraq bunu müəyyən edib. Suriya prezidenti Bəşər Əsədin maliyyə nümayəndəsi Yaşar İbrahim, 2011-ci ildə başlayan vətəndaş müharibəsi illərində ölkənin infrastrukturunun dağıdılmasını nəzərə alaraq, Suriyada mobil şəbəkələri təkmilləşdirmək məqsədi ilə “Wafa Telecom”-un həmtəsisçisi olub. İnsayderlərdən biri istintaqa bildirib ki, İranın Wafa-da iştirakı o qədər geniş olub ki, şirkət faktiki olaraq “Suriya hökuməti ilə İnqilab Keşikçiləri arasında tərəfdaşlıq olub” və İran şirkət yarandığı gündən şirkətə cəlb olunub. İran Əsədin və onun rejiminin əsas müttəfiqidir, daşınmaz əmlak və fosfat mədənləri daxil olmaqla sektorlara investisiyalar vasitəsilə onun qəddar hakimiyyətinin möhkəmlənməsinə kömək edir.
“Axios” saytı isə İsrailin dörd təhlükəsizlik və kəşfiyyat rəsmisinə istinadən yazıb ki, İran beynəlxalq basqılara görə öz ballistik raketlərini Rusiyaya göndərməkdən imtina edib. Britaniya Ukrayna müharibəsində istifadə üçün Rusiyaya dron göndərdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edib. Hərbi ekspert Pol İdon “Forbes” jurnalı üçün məqaləsində yazır ki, Tehranın Rusiyadan “Suxoy-35” qırıcı təyyarələr alması heç də İran üçün regional havadan müdafiə üstünlüyünə gətirib çıxarmır, çünki İran qonşularının hərbi hava qüvvələri bundan qat-qat artıqdır.
Hüquqşünas, insan hüquqları müdafiəçisi Lotte Leyxt hesab edir ki, “bir çox avtokratik rejimlər kimi, İslam Respublikası da uzun müddətdir qorxutmaqla hökm sürüb. Lakin qorxunun artıq yoxa çıxdığını göstərən əlamətlər artmaqdadır”. Artıq məsələ “əgər olarsa” deyil, dəyişikliyin “nə vaxt” gəlməsidir və İranın qəddar rejimi xalqı dinləməyə məcburdur. “Freedom House” təşkilatı “İran hökuməti demokratiya tərəfdarı etirazçıları susdurmaq və qorxutmaq üçün həyata keçirdiyi siyasəti daha da gücləndirir. Biz hamımız İrandakı etirazlar ilə həmrəy olmalıyıq. Biz beynəlxalq ictimaiyyəti göstərilən bu üç yolla rejimə qarşı qəti addımlar atmağa çağırırıq” bəyan edib.
“Human Rights Watch” təşkilatının Şimal ölkələri üzrə direktoru Mans Molander isə “İranın hökumət əleyhinə etirazlarla bağlı iki nəfəri edam etməsi ədalətin kobud şəkildə pozulması və vəziyyətin təhlükəli həddə eskalasiyadır. Uşaqlar da daxil olmaqla, hələ onlarla insanın ölüm cəzasına səbəb ola biləcək ittihamlarla mühakimə olunması gözlənilir” deyib.
Beləliklə, bütün bunlar o anlama gəlir ki, İranı qarşıda ciddi sanksiyalar gözləyir. Bunununla da fars molla rejiminin vəziyyəti daha da kriktikləşəcək.
Kamran Seyidov
Şərhlər bağlıdır.