VİDADİ MUSTAFAYEV:

XRİSTİANLAR MÜSƏLMANLARDAN AĞILSIZ, ŞİƏLƏRDƏN DAHA OPTİMİSTDİRLƏR

Xristianların böyük əksəriyyəti hər il dekabrın 25-də (azlığı isə başqa tarixdə) insan əlində ölüb göylərə çəkilmiş Allah və Allahın yarı insan oğlu İsanın DİRİLİŞİNİ bayram edir. İsa əgər Allahdırsa, necə insan əli ilə öldürülə bilər, yox insandırsa, necə dirilə bilər. Xristianlığın bu ziddiyyətini İSLAM dini Allahı mücərrəd bir varlıq elan edərək uğurla aradan qaldırmışdır. Amma Şiəlik Xristianlıqdan ilham alaraq özü üçün bir mini İsa, ON İKİNCİ İmam taparaq onu göylərə göndərmiş və indi onun gəlişini gözləyir.

Xristianlar inanırlar ki, İsa insan əlində insan kimi ölüb, sonradan dirilib qaçsa da, bir Allah kimi gəlib Yer üzündə, cəmiyyətdə ədaləti bərpa edəcək.

Xalqın gözündən itən, lakin müəmmalı şəkildə səmaya getsə də, insan olaraq qalan 12-ci imam da qayıdıb ədaləti bərpa edəcək.

Şiələr üçün 12-ci imam məsələsi yox, ÜÇÜNCÜ imam Hüseyn daha vacibdir.

Xristianlar uşaq kimi özünü aldadaraq İsanın DİRİLMƏSİNƏ sevinir və onu bayram edirlər.

Amma şiələr qoca adamlar kimi qəm-qüssəyə daha yaxın oduqlarından, hər il imam Hüseynin qətlinə 10 gün aktiv və 40 gün passiv yas saxlayırlar.

Şiələrin xristianlardan fərqi də bundadır – biri sevincə, o biri kədərə köklənib.Yəqin buna görə İranda İslam inqilabından sonra yeni hakimiyyətin bir nömrəli vəzifəsi insanların sevinc ehtiyacını ödəməyə yönəlmiş Qərb nədəniyyətinin bütün qayda və təzahürlərini İran cəmiyyətinin gündəlik həyatından söküb atmaq olmuşdur.

Amma İranda DÖRDÜNCÜ aydır davam edən etirazlar insanların həyatının mədəni -məişət sferasına qoyulan Orta əsrlər qadağanlarının aradan qaldırılmasına yönəlib. İranlılar öz etirazları ilə Mədəniyyətin Qərbi və Şərqi olmadığını nümayiş etdirirlər. Həmin etirazlar eyni zamanda xalqın Dini hakimiyyətin təbliğ və icrasını təmin etməyə çalışdığı QƏM-QÜSSƏ mədəniyyəti və ya icbari qəm-qüssə siyasətinə SON qoyulmasına, qısası DİNİN SİYASƏTDƏN AYRILMASINA nail olunmasına yönəlib.

Şərhlər bağlıdır.