DOLAN, A KASIB!!!

1990-cı ilin əvvəllərində sərhəd açılanda özümüzü o taya verdik. Azərbaycanda pulun dəyəri elə də ölməmişdi. Bir rubla 10 tümən verirdilər. Üstündən cəmisi bir il ötdü-vəziyyət dəyişdi, indi bir tümən 10 rubla dəyişdirilirdi. Bu gün isə İranda tümənin ata-anası ölüb ağlayanı yox. İslam Respublikasında 1 dollar 46 min tümənə əvəzlənir, tezliklə həmin rəqəmin 50 mini ötəcəyi gözlənilir.1 dollar isə 1,7 manatdır.

Bəs nə oldu islam respublikasının dünyaya car çəkdiyi möhtəşəm nəaliyyətlər, göz dəydi? Xeyr, əslində bir atımlıq barıtı var idi, onu da atıb xərclədilər. İranın informasiya agentliyinin yaydığı hesabata görə ölkədə bir yandan xəbərlər, digər tərəfdən hökumətin yarıtmaz siyasəti nəticəsində pul kisələri elə şişib ki, maaş almağa gündən-günə daha irisini götürməli olursan. Məsələn, ötən əsrin 90-cı illərində 20 min tümən pensiya alanı tutmaq olmazdı. Yəni bu pul 200 min rubla bərabər idi ki, bazarı əməlli-başlı silib-süpürmək olardı. İndi qocalar çox şəstlə getdikləri bu obyektlərin kənarlarından keçmirlər ki, xəcalət təri axıdarlar. Bu pula heç bazarın kənarından da ötə bilməzsən. Heç bilirsinizmi, on il ərzində minimum əmək haqqı real dəyərini yarıya qədər itirib, son günlərdə 110 dollara düşüb?! Rəqəm dünyada ən aşağı minimum əmək haqlarından sayılır. Hesabınıza aparın ki, İran dünyanın ən yoxsul və ən az inkişaf etmiş ölkələrinin fəxri siyahısındadır.

İslam Respublikası 2022-ci ildə işçilər üçün minimum əmək haqqını 4 milyon 180 min tümən həddində müəyyənlədirmişdi. Əksəriyyətin 5-6 milyon tümən maaş aldığı ölkədə ABŞ dolları 39 min olub, 2023-cü ilin birinci ayından sonra 46 min tümənə çatıb.

Onu da deyək ki, 2010-cu ilin əvvəlində minimum əmək haqqı 330 minə qalxmışdı. Qara bazarda dolların orta qiyməti 1357 tümən idi. Bununla da 2010-cu ildən günümüzədək minimum əmək haqqı 13 dəfə artıb, milli pul isə dəyərini 28 dəfədən çox azaldıb.

Bazarda valyutanının bahalaşması istər-istəməz dolanışığa da təsir edir. Ötən il hökumət əsas mallara dövlət valyutası verməklə valyuta qiymətlərinin artımını infilyasiya təsirlərindən qorumağa çalışıb. 13-cü hökumətdə əsas malların valyuta subsidiyası götürülüb. Əsas malların idxalı üçün lazım olan valyuta sərbəst bazar qiymətlərinə yaxın qiymətə satılır.

Bunun köməyi olacaqmı?!

Kamal Nikbin

Şərhlər bağlıdır.