HÜSEYN ŞƏRİƏTMƏDARI REDAKTORU OLDUĞU QƏZETİNDƏ UYĞUR TÜRKLƏRİNİ TERRORÇU ADLANDIRIB

Hüseyn Şəriətmədari iqtidar qəzeti “Keyhan”ın baş redaktorudur. Bu vəzifəyə Əli Xameneinin göstərişi ilə təyin olunub. Deməli onun və prezidentin tapşırıqlarını yerinə yetirməyə borcludur. Lakin İbrahim Rəisinin Çinə səfəri zamanı uyğur müsəlmanlarına qarşı repressiyalara toxunmaması barədə tənqidlərə biganə yanaşıb. Buna cavab olaraq “Keyhan” belə yazıb: “Onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər”.

Ümumiyyətlə, “Keyhan”da gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Şərhlər bağlıdır.