ORUCLUQ BİTƏCƏK, QADINLARIN MÜBARİZƏSİ YENİ DALĞA İLƏ BAŞLAYACAQ

İslam aləmində orucluqdur. Hicabsız gəzən qadınların mübarizəsi hələlik səngiyib. Onlar sanki mərasimin bitməsini gözləyirlər ki, yenidən öz sözlərini desinlər. Bu mübarizənin perspektivlərini şərh edən Güney azərbaycanlı milli fəal Sürgün Günəş söhbət zamanı deyib:

İranın bir çox yerində hicabsız gəzən xanımların sayı artıb. Əsasən, Tehran, Urmu, Təbriz və Yəzd kimi şəhərlərdə xanımlar hicab taxmaqdan imtina edib. Məhsa Əmini ilə başlayan qadın hərəkatı davam edir və xanımlar molla rejiminin göstərişinə tabe olmaq istəmirlər.

Müshibimiz İranda hicabsızlığa görə qaydaların sərtləşdirilməsi haqda qəbul edilən qərara münasibət bildirərkən deyib ki, bu nisbi sakitlikdir. Mübarizə də güclənəcək, repressiyalar da:

-Tehran rejimi islam örtüyü adı altında xanımların başladığı qadın hərəkatını boğmaq istəyirlər. Ramazan ayından sonra isə qaydalar daha da sərtləşdiriləcək. Orucluq olduğuna görə ciddi cəzalananlar yoxdur. Amma İran polis qüvvələrinin rəhbəri Əhmədrza Radan bir neçə gün öncə hicaba əməl etməyənlərə sərt qaydalar tətbiq olunacağını deyib. Baş örtüsünə qarşı çıxan qadınlar həbs oluna bilər.

S.Günəş bütün cəza tədbirlərinə və təhdidlərə baxmayaraq, İran qadınlarının qəti mövqe tutduqlarını bildirib:

-Qadınlar mübarizələrindən geri çəkilmək niyyətində deyil və hər nə yolla olur-olsun, azad yaşamaq istəyirlər. İranın bəzi yerlərində bu qərara etiraz olaraq həftənin şənbə günü aksiya keçirmək istəyirlər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.