MAYIN 9-DA MÜƏLLİMLƏRİN ÜMUMÖLKƏ NÜMAYIŞIDIR

Mayın 9-da İran Təhsil İşçiləri Kordinasiya Şurası məlumat yayıb: “İranlı müəllimlər mayın 9-da səhər saat 10:00-12:00 arası ölkənin bütün bölgələrində ümumi etiraz nümayişləri keçirəcəklər.

Nümayişlər müəllimlərin həbs edilməsi, əmək haqlarının az olması və qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalanmasına etiraz olaraq keçiriləcək.

Qeyd edək ki, 1 may İranda hökumət tərəfindən Müəllim Günü kimi elan edilsə də, müəllimlər və təhsil işçiləri 9 mayı – güneyli pedaqoq Cabbar Əsgərzadə Bağçabanın doğum gününü “Müəllim günü” kimi qeyd edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.