AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ VƏ 21 AZƏR SOYQIRIMINA BAXIŞ

“Azərbaycan Milli Hökuməti 1324-1325 (1945-1946) Güney Azərbaycanda milli hərəkat və 21 Azər Soyqırımına baxış” adlı dəyərli kitab Güney Azərbaycan əsilli müəllif Hüseyn Əlizadənin (Barış Mərəndli) tərəfindən tərtib olunub və çap edilib.

2013-cü ildə yazılmış bu qiymətli əsərin elektron versiyası nəşr olunub. Günaz TV-nin məlumatına görə, müəllif kitabın müqəddiməsində bunları qeyd edib: “1980-ci illərdən sonra milli fəallar müasir milli özünüdərkə doğru addım ataraq, Azərbaycanın çağdaş tarixinin qaranlıq guşələrinə yeni işıq saçdılar və bu yolla bir çox ara tarixçilərinin və irqçi arxeoloqların yalanları ifşa olundu”.

21 dekabr 1946-ci ildə Azərbaycan xalqının fiziki və mədəni soyqırımı o qədər iyrənc və acınacaqlı idi ki, hətta dünənki soyqırımı törədənlərin tərəfdarları da (William Douglas, Amerikalı hakim) Azərbaycana səfərindən sonra bunu etiraf etdi: “Azərbaycan sanki xarici ordu tərəfindən işğal olunub. Bu hadisələri soyqırım kimi tanımaq üçün 21 dekabr 1946-ci il tarixli bir hadisəyə istinad etmək kifayətdir ki, qətlin törədildiyini tam əminliklə bəyan edək”. Azərbaycan xalqı 20-ci əsrdə genişmiqyaslı soyqırıma məruz qalmışdır.

1325-ci ildə (1946) Cənubi Azərbaycanda baş vermis hadisələrin gizli guşələri hələ də açılmamış və azadlıq axtaran dünya üçün qaranlıqda saxlanmışdır. Bu əsər ara tədqiqatı deyil, ciddi kitabxana işidir və onun yaqin ki, çoxlu nöqsanları da var. Çap olunduqdan sonra geniş sahə araşdırması ilə tamamlanmalı və ordunun, onların əlaltılarının Azərbaycanda törətdiyi cinayətlər şəhər-şəhər, kənd-kənd aydınlaşdırılmalıdır. Həmçinin, bu cinayətlərin sənədlərinin əksəriyyətinin dövlət arxivlərində saxlandığını və tədqiqatçılara açılmadığını nəzərə alaraq, Azərbaycan xalqı bu hadisə ilə bağlı əllərində olan hər hansı sənədi tədqiqatçılara təqdim etməyə çalışmalıdır ki, bu cinayətlərin qaranlıq səhifələrinə aydınlıq gətirsin.  267 səhifədə yazılmış bu dəyərli əsər xalqımızın XX əsrin ortalarında soyqırıma məruz qaldıgının sənədli sübutudur.

Dok.Kazimi P.F.

Şərhlər bağlıdır.