İRANDA 5 BİNA UÇUB, İKİSİ POLİS OLMAQLA ÜÇ NƏFƏR ÖLÜB

Tehranda beş binada baş verən uçqunda ölən var.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Hadisə nəticəsində üç nəfər ölüb, 11-i yaralanıb. Hadisə qanunsuz tikililərin sökülməsi zamanı baş verib.

Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.

Xilasetmə əməliyyatı davam edir. Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.

 

Şərhlər bağlıdır.