Dumanlı Təbriz

Rəsul Qədiri

Yayın son günləridir
Nədənsə bir az erkəndən,
ürəyim qar istəyir
Yağsın
Qara yolları ağ bəzəsin
Olsun
Qoy tıxac olsun
Maşınlar,
trafik çıraqları ilə alay etsinlər
Qovşaqlarda,
kələf kimi düyün düşsünlər
Züyüb toqquşsunlar
Və kameralar onlara baxıb gülsünlər
Maşın safkarları sevinsinlər
Nəqqaşları fıştırıq çalsınlar
Sığorta şirkətləri yas tutsunlar
Təki bələdiyyə işçiləri inciməsinlər…

***

Bir az erkəndir bilirəm
Ancaq ürəyim boylu qadın ürəyi kimidir
Qara yükləyirəm
Vaxtsız olan hər şeyi arzu etmək doğaldır
Duzun ağarantısından,
qarın ağarantısı daha canasinədir
Dağların döşünü dolduracaq,
çayları doşduraraq qar arzulayıram
Hər yer ağ boyansın kaş
Bütün yollar sonucsuz
Qar bürümüş məqsədsiz yollarda,
yerimək istəyirəm,
Təkcə qar musiqisini dinləmək üçün
Qar adamı düzəldəcəyəm
Bütün gövsədi ağapbaq olan Qar adamı…
Yoruldum üzü qırmızı,
qəlbi qara,
beyni boz,
ala-bula adamlardan…
03 sentyabr 2022

Şərhlər bağlıdır.