İranda əlillərin vəziyyəti

 Buradan dinləyin.          https://www.instagram.com/reel/C6mGVEKthfp/

İranda əlillərin vəziyyəti
İranda əlillərin sayının artması bu sahədə problemləri və narahatlıqları da artırıb. Ölkədə sosial təminat vəya behzisti idarəsinin sistemində bir milyon 800 min əlil olduğu qeyd olunub. Lakin əlillərin sayı bu rəqəmdən çoxdur, çünki bütün əlillər behzisti sistemində qeyd olunmur. Yəni burada qeyd olunan statistikaya yalnız sosial yardımdan xidmət alan əlillər daxildir. Məclisin Səhiyyə Komissiyası üzvü olan bir deputat neçə il öncə İranda 10 milyon əlil olduğunu demişdir. Bu deputatın dediyinə göə bu sayıdan 4 milyonu ağır və çox ağır əlillərdir

Şərhlər bağlıdır.