İSVEÇİN MİLLİ GÜNÜ Demokratiyanın təntənə çaldığı ölkə

Bu gün İsveçin Milli Günüdür! Biz İsveç azəbaycanlıları illərdir hamımız bu
bayramı müxtəlif yollarla qeyd edirik və ölkənin hər yerində bayraq
dirəklərindən mavi və sarı bayraqlar dalğalanır. 1890-cı illərdən etibarən 6
iyunda Stokholmda Skansen açıq səma altında muzeyində bayraq
şənlikləri keçirilirdi. Bunlar muzeyin yaradıcısı Artur Hazeliusun təşəbbüsü
ilə baş tutub.
Sonra, 1916-cı ildə 6 iyun tarixini İsveç Bayrağı Gününün rəsmi milli
bayramı qeyd ediməyə başlandı.İsveçin rəsmi olaraq Milli Gününə
çevrilməsi üçün 6 iyun 1983-cü ilə qədər vaxt lazım idi. Və yalnız 2005-ci
ildə Milli Günü dövlət bayramı elan edildi. 6 iyun tarixi İsveç tarixində iki
mühüm hadisədən qaynaqlanır: Qustav Vasa 6 iyun 1523-cü ildə kral
seçildi – bu, İsveçin müstəqil dövlət kimi əsasını qoydu – və İsveç 6 iyun
1809-cu ildə yeni konstitusiya qəbul etdi.
Abdulla Əmir Haşimi,
Azərbaycan Demokrat Firqəsi

 

Şərhlər bağlıdır.