Təcridxanadan müəmmalı ölümə cəmi bir addım

Ərdəbildə yaşayan azərbaycanlı gənc Bəhram Əşcə molla rejimin ETTELAAT İdarəsinin
təcridxanasından buraxıldıqdan bir gün sonra şübhəli şəkildə dünyasını dəyişib.
Azərbaycanlı gənc iki həftə öncə ETTELAAT İdarəsinin məmurları tərəfindən “sosial şəbəkələrdə
fəaliyyət və fəallarla ünsiyyət” ittihamı ilə həbs edilmişdi.
Qeyd edək ki, İranın müxtəlif şəhərlərində bir neçə siyasi və mədəni fəalı ETTELAAT orqanlarının
təcridxanalarından buraxıldıqdan sonra ya şübhəli şəkildə ölüb, ya intihar edib və ya da sağalmaz
xəstəliklərə tutulub.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.