Hər 7 saatdan bir qurulan dar ağacları

Harana saytı İranda insan haqları pozuntularının vəziyyəti ilə bağlı son aylıq hesabatında bu ilin avqust
ayında ölkə üzrə həbsxanalarda ən azı 106 nəfərin edam edildiyini yazıb.
Bu insan haqları təşkilatı 22 avqustda dərc etdiyi hesabatda avqust ayında edam hökmlərini icra
etməklə yanaşı, İranda məhbuslar üçün ən azı 10 məhkumluq və 10 edam hökmünün təsdiqlənməsi
faktını qeydə aldığını açıqlayıb.
İnsan haqları təşkilatlarının məlumatına görə, bu ilin əvvəlindən İran həbsxanalarında 15-i qadın
olmaqla 388-dən çox adam asılıb.
Mart ayında edam edilən məhbuslardan ikisi sünni məhbus Kamran Şeyxə və inqilabi qiyamda həbs
edilən etirazçı Riza Rəsai idi.
Son iki ayda bir sıra hüquq müdafiəçiləri və insan haqları təşkilatları İranda prezident seçkilərindən
sonrakı günlərdə edamların şiddətlənməsi ilə bağlı xəbərdarlıq ediblər.
Avqustun 7-də İran İnsan Haqları Təşkilatı İslam Respublikası ilə İsrail arasında gərginliyin artmasının
kölgəsi altında İranda məhbuslara qarşı görünməmiş edamlar barədə bir daha xəbərdarlıq edib və
beynəlxalq ictimaiyyətin “İrandakı qətl maşınına” təcili diqqət yetirməsinə çağırıb. “
Harana daha öncə bu ilin iyulunda ən azı 26 məhbusun cəzasının icrasını elan etmişdi.
Avqustda ən azı 106 məhbusun edam edilməsi ilə bu statistikanı müqayisə edəndə edamların əvvəlki
ayla müqayisədə son bir ayda 4 dəfə artdığını göstərir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.