Səfəvi dövrünə aid tarixi karvansaray məhv olur

Təbrizin tarixi Dəvəçi məhəlləsində yerləşən və Səfəvilər dövrünə aid
olan məşhur Dəvəçi karvansarayı tamamilə məhv olmaq üzrədir.
Təbriz mediasının yazdığına görə qədim paytaxtın 10-cu bölgəsinin
bələdiyyəsi tarixi abidənin bərpası və qorunması ilə bağlı müraciətləri
cavabsız qoyub.
Dəvəçi karvansarayı məşhur italiyalı səyyah Marko Polonun Təbrizə
səfəri zamanı qaldığı yerdir.
Ümumiyyətlə, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən
Tikantəpədə onlarla tarixi abidə yox olmaq üzrədir.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin
bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını
deyirlər.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.