Sədrəddin Soltan: “ABŞ və İsrail indiki şəraitdə və mövcud şərtlər daxilində
İranı vurmayacaq”
ABŞ-İran danışıqlarının artıq birinci mərhələsi başa çatıb. İranın yüksək
səviyyəli rəsmisi ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoffun təqdim
etdiyi ilk layihə olan İran-ABŞ danışıqlarını şərh edib. Şərhdən belə çıxır
ki, ABŞ İranın nüvə proqramının ləğv edilməsini istəmir. Həmçinin, onun
sözlərinə görə, danışıqlar zamanı İranın nüvə obyektlərinə zərbə endirmək
məsələsi də qaldırılmayıb.
ABŞ prezidenti Donald Tramp da danışıqların gedişindən razı qaldığını bildirib.
İran və Avropa rəsmiləri Wall Street Journal-a bildiriblər ki, İran danışıqlarda
ABŞ-dan sanksiyaların tez bir zamanda yumşaldılmasını, xaricdə dondurulmuş
milyardlarla dollara çıxışı və İran neftini alan Çin müştərilərinə Amerikanın
təzyiqinə son qoyulmasını tələb edəcək.
Bu arada Amerikanın İranı bombalamağa tələsməməsi İsrail prezidenti
Netanyahunu çox məyus edib.
ABŞ-İran danışıqlarının birinci raundunun nəticəsi hər hansı bir qənaətə
gəlməyə imkan veririmi ki, Amerika İranı vurmayacaq, məsələ diplomatik yolla
həllini tapacaq?
Azerbaycan-ruznamesi.org Baki-xeber.com saytına istinadən yazır ki, Orta
Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan məsələ
ilə əlaqədar deyib: “ABŞ prezidenti Donald Tramp ötən gün görüşün nəticələrini
dəyərləndirərkən birdirdi ki, İran üzrə çox sürətlə qərar qəbul edəcəklər. O
bildirib ki, bununla bağlı müşavirləri və İran məsələsi ilə məşğul olan qrupla
görüş olub. Onlar prezidentə bildiriblər ki, İran üzrə çox sürətlə qərar qəbul edə
bilərlər.
Bəlli olduğu kimi, növbəti görüş İtalyanın paytaxti Romada keçriləcək. Növbəti
görüşün keçrilməsi qərarı tərəflər arasında anlaşmanın olduğunu göstərir. Əgər
anlaşma olmasaydı, birinci görüşdən sonra proses dayandırılardı. Deyilənə
görə, dörd məsələ müzakirə edilib, yəni müzakirələr yalnız nüvə proqramı
ətrafında aparılıb. İran tərəfi 2015-ci il iyulun 14-də əldə edilmiş hərtərəfli
razılaşma əsasında bağlanmış müqavilənin icra edilməsini istəyir. İndiki şəraitə
uyğun olaraq İran həmin müqavilənin yenilənməsinin tərəfdarıdır. ABŞ
hökuməti İranin nüvə proqramı ilə bağlı 2015-ci ildə Konqresə 90 gün
müddətində hesabat verməli idi. 2018-ci ilə qədər İranın nüvə proqramı ilə bağlı
Konqresə hesabatlar verilib. Lakin 2018-ci ildə indiki prezident Donald Tramp
ABŞ-ı əhatəli razılaşma müqaviləsindən çıxardı. Bununla da əhatəli razılaşma
müqaviləsi dönduruldu. İndi həmin müqavilənin imzalanmasından 10 il keçir.
Amerika İranın nüvə məsələsinə rəsmi münasibət bildirməlidir. Həm İran, həm
də ABŞ-nin məsələni gecikdirmək möhlətləri azalır. ABŞ ya təsdiqləməlidir ki,
İranın nüvə proqramı hərbi mahiyyət daşıyır, ya da İran sübut etməlidir ki, onun
nüvə proqramı hərbi təyinatlı deyil, dinc məqsədlidir və bundan sonra da nüvə
silahı hazırlamaq niyyəti yoxdur. Tərəflər məsələ ilə bağlı bir-birinə sənədlər
təqdim ediblər. Bu sənədlərin davamı, yeni müzakirələr və yanaşmalar Roma
görüşündə təqdim ediləcək.
Fikrimcə, bu görüşlər davamlı olacaq. Çünki İranın xarici işlər naziri Abbas
Ərakçi bəyan etdi ki, əgər görüşlər qeyri-məhsuldar və mənasız olarsa, onun
davam etdirilməsinə ehtiyac yoxdur. Əgər görüslərin keçirilməsinə qərar
verilibsə, deməli görüslər məhsuldar keçirilir.
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamnei də
sözügedən görüşün səhəri İranın silahlı qüvvələrinin rəhbərləri ilə görüşdə
Amerikanın əleyhinə sərt ifadələr işlətməyib. Sadəcə olaraq, o, ölkənin iqtisadi
vəziyyətindən və qarşı tərəfin onların nailiyyətlərindən çəkindiyinə dair fikirlər
söyləyib. Həmin görüşdə “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüraları da
səsləndirilməyib. Bu onu göstərir ki, həm ABŞ, həm də İran liderləri görüşün
nəticələrindən razıdır. Hər iki tərəf görüşün yalnız İranın nüvə proqramına aid
olduğunda isrərla təkid edir. Bu da İranın nüvə proqramı ilə bağlı vahid qərarın
qəbul edilməsinə imkan yarada bilər.
Əgər İran sübut etsə, ABŞ, İsrail və beynəlxalq ictimaiyyət də qəbul etsə ki,
İranın nüvə silahi yoxdur, o halda Amerka və İsrailin İranın ərazisini
bombalamaq üçün əsasları azalacaq. Düzdür, bunun üçün müxtəlif bəhanələr
tapmaq olar. Amma ABŞ və İsrail davamlı surətdə bəyan edir ki, İranın nüvə
silahı istehsal edən obyektlərini vuracaqlar. İran tərəfi öz mövqeyini sübut
edərsə, o halda İranın vurulması təxirə salınacaq. Ola bilsin ki, perspektivdə bu
məsələ tamamilə ləğv ediləcək.
Fikrimcə, ABŞ ilə İran arasında gedən proses dialoq deyil, iki tərəf arasında
vasitəçilərin köməyi ilə görüş sayılır. Romada keçiriləcək görüş də birinci görüş
formatında olacaq. Hər iki tərəf təkliflərini İtalyanın rəsmi nümayəndələrinə
təqdim edəcək və tərəflər görüşü bu qayda ilə davam etdirəcəklər. Ola bilsin ki,
nüvə proqramı ilə bağlı müəyyən razılıq əldə edildikdən sonra bu görüşlər
birbaşa danışıqlarla əvəzlənsin. İran ilə ABŞ arasında indiki şərtlər daxilində
müharibənin baş vernəyəcəyini demək olar. Başqa sözlə, ABŞ və İsrail indiki
şəraitdə və mövcud şərtlər daxilində İranı vurmayacaq”.
Akif NƏSİRLİ
Şərhlər bağlıdır.