İranda tətilə görə sürücülərin 25 nəfəri həbs olunub

İranda yük maşınları sürücülərinin tətilində iştirak edən və ya
sosial mediada buna dəstək verən 25 nəfər həbs edilib.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə İran
İnsan Haqları Təşkilatı məlumat yayıb.
Onların bəzilərinə qarşı ittiham irəli sürülüb, barələrində
cinayət işi açılıb.
Mayın 22-dən başlayan tətil aksiyasında narazı sürücülər
yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək
olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Şərhlər bağlıdır.