Mollalar Məkkədə də dinc dayanmırlar

Həm hövzə, həm də universitet müəllimi və İranın rəhbərinin
ofisinə yaxınlığı ilə tanınan məddahlardan biri olan Qulamriza
Qasımiyan, Həcc mərasimləri zamanı Səudiyyə Ərəbistanında
saxlanılıb.
Mehr xəbər agentliyinin məlumatına görə, bu molla 26 may
günü, Həcc mərasimi zamanı Səudiyyə Ərəbistanının
təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bəzi mənbələr
bu tədbirin səbəbini saxlanmazdan bir neçə saat əvvəl sosial
şəbəkələrdə yayımlanan bir videoya bağlayırlar.
Həmin videoda Qasımiyan, Səudiyyə Ərəbistanının dini
şəhərlərini Antalyaya bənzədərək, bu ölkədəki sosial və
mədəni dəyişikliklərə eyham vurub və deyib: “Artıq
qumarxana, fahişəlik mərkəzləri və açıq-saçıq konsertlər üçün
Antalyaya getməyə ehtiyac yoxdur, əvəzində Məkkə və
Mədinəyə gedə bilərsiniz! Bura Bəni-Üməyyə fabrikinə geri
dönüb!”
Bundan öncə İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri
Əliriza Bəyat, iranlı zəvvarlara ev sahibi ölkə tərəfindən yanlış
başa düşülə biləcək siyasi və ya həssas dini məsələləri sosial
şəbəkələrdə paylaşmaqdan çəkinmələri barədə xəbərdarlıq
etmişdi.
Qasımiyan həmçinin İran parlamentinin kitabxanası və sənəd
mərkəzi kimi rəsmi qurumlarda fəaliyyət göstərmiş, və
əvvəllər Britaniya və Səudiyyə Ərəbistanı səfirliklərinə
hücumla nəticələnən etiraz aksiyalarında iştirak etmişdi.
Məlumatlara əsasən, İran rəsmiləri bu mollanın Səudiyyə
Ərəbistanında saxlanılması məsələsini izləyir. Onun vəziyyəti
ilə bağlı hələ dəqiq təfərrüatlar açıqlanmayıb.
https://www.instagram.com/iranwire/?utm_source=ig_embe
d&ig_rid=377998cf-660c-4a34-a3fe-d568f1195a09
İranwire.com

Şərhlər bağlıdır.