Yunus Oğuzun “Nadir şah” romanı

Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının
yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən “Nadir şah”
romanı “Xan” nəşriyyatı tərəfindən yenidən oxucuların ixtiyarına verilib. Tarixi roman janrında
qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici
müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə geniş təsvir olunur.
Əsər Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə maraq göstərən oxucular üçün dəyərli bir
mənbə hesab olunur.
“Nadir şah” romanı ilk dəfə 2008-ci ildə nəşr olunub və bugünədək azərbaycan, rus, ingilis və
türk dillərində çap edilib. Roman həm ölkə daxilində, həm də beynəlxalq kitab sərgilərində
maraqla qarşılanıb.
Kitab əsas kitab mağazalarında və onlayn platformalarda satışdadır.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.