Azərbaycan milli hərəkatı fəalları 1404-cü ilin aban ayının 24-ü axşam
saatlarında Təbrizin müxtəlif məntəqələrində milli tələblərlə bağlı şüarlar və
etiraz məzmunlu vərəqələr paylayıblar.
Vərəqələrdə yer alan həştəqlər “öz müqəddəratını təyinetmə haqqı”, “milli
hərəkatın müstəqilliyi” və “hər cür hakimiyyət təzyiqinin rəddi” kimi mövzular
əsasında hazırlanıb. Şüarlar Azərbaycan toplumunun mərkəzçi siyasətlərə,
təhlükəsizlik layihələrinə və təzyiqlərə qarşı dayanışmasını ifadə edir.
Vərəqələrdə aşağıdakı həştəqlər diqqət çəkir:
Azərbaycan milləti qərar verir;
Milli hərəkat millətdən millət üçün;
Vətən satqınlığına yox;
Azərbaycan öz yolunu gedir;
Azərbaycan milli hərəkatı ticarət mövzusu deyil;
Kürd terrorizminə yox;
Mərkəzçiliyə yox;
Təhlükəsizlik layihələrinə yox;
Azərbaycan satılıq deyil;
Azərbaycan milli hərəkatında həşiyə yaratmağa yox
Şəhərin küçələrində, piyada keçidlərində və müxtəlif ictimai məkanlarda geniş
şəkildə yayılan bu vərəqələr şəhər sakinlərinin diqqətini cəlb edib. Şahidlərin
sözlərinə görə, təhlükəsizlik qüvvələri dərhal vərəqələri toplamağa başlayıblar.
Aksiya son günlərdə azərbaycanlı fəalların saxlanması, artan təhlükəsizlik
təzyiqləri və davam edən ittiham-sənədləşdirmə prosesləri fonunda baş verib.
Milli hərəkat fəalları bildirirlər ki, “Azərbaycan cəmiyyəti heç vaxt təhlükəsizlik
təzyiqləri, kimliksizlik siyasəti və mərkəzçi yönlü layihələr qarşısında milli
mövqeyindən geri çəkilməyəcək.”
GADTB.com
Şərhlər bağlıdır.