Daim İran yönümlü və qərəzli anti-Azərbaycan çıxışları ilə tanınan erməni ekspert Vartan Voskanyan öz Facebook səhifəsində İrəvanda qədim Azərbaycan məscidi olan “Kund” və “Göy məscid”in guya İrana məxsus olduğunu iddia edib:
“Bakının bəzi rəsmiləri bir daha coşublar ki, İrəvandakı Göy məscid guya İrana deyil, Azərbaycana məxsusdur. Buna əsas bəhanə isə sözügedən məscidi tikdirən İrəvan xanının türk əsilli olması və o dövrdə şəhərin müsəlman əhalisinin bir çoxunun türkdilli olmasıdır.
Hətta nə İrəvan xanı, nə də müsəlmanların özlərini azərbaycanlı kimi təqdim edəcəklərini heç vaxt ağıllarına belə gətirmədikləri gerçəkliyini bir kənara qoysaq, işin gülməli tərəfi burasındadır ki, bu bəhanələrə əsasən Bakıdakı Şirvanşahlar saray kompleksinin bütün tikililəri, o cümlədən məscidləri ilə birlikdə Azərbaycana aid olmadığı üzə çıxır”.
Erməni ekspert bunu belə əsaslandırmağa çalışır ki, guya Şirvanşahlar ərəb mənşəli və tamamilə farslaşmış bir ailə idi və o dövrdə Bakının müsəlman əhalisi sırf Qafqaz iranlılarından (tatlar) ibarət olub. Ona görə, bu “məntiqlə” Bakıda adı çəkilən memarlıq kompleksi Azərbaycan yox, İran mənşəlidır”.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.