“ŞAHID”LƏ HİMARS ÜZBƏÜZ

İRANLA ABŞ DÖYÜŞƏCƏKMİ?!

Media artıq İranın Şahid-129 PUA-larını Rusiyaya göndərdiyini yazıb, hətta marşrutu da qeyd ediblər: birinci versiya Xəzər dənizi üzərindən, Həştərxan və Volqoqraddan; ikinci versiya isə “Qeşm Fars Eyr”in “Boinq-747-300” təyyarəsi ilə Moskvaya.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə “Sputnik”də məqalə yayılıb.

Qeyd edilir ki, bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranın Rusiyaya yüzlərlə PUA verəcəyini elan etmişdi. Bu isə ABŞ kəşfiyyatının aktiv işlədiyinin nümunəsi sayıla bilər:

“Nəhayət, İran XİN-in rəsmisi Nasir Kənani jurnalistlərin dronlarla bağlı sualına cavab olaraq bildirmişdi ki, İran və Rusiyanın bu sahədə əməkdaşlığı Ukraynadakı “xüsusi əməliyyatdan” öncə başlamışdı, son vaxtlar isə konkret heç nə baş verməyib.

İran quru qoşunlarının komandanı Kiyomərs Heydəri isə 22 iyulda bildirdi ki, Tehran dost ölkələrə PUA-lar verməyə hazırdır.

Beləliklə, Moskva və Tehran bu informasiyanı nə təkzib, nə də təsdiq etmişdi”.

“Şahid”lərin xüsusiyyətləri

Sanksiyalara baxmayaraq, İranın PUA sahəsində ciddi uğurlara imza atdığı da iddia edilir. Bəzi Qərb mediası bu PUA-ların Ukrayna üçün “pis xəbər” ola biləcəyini istisna etmir.

Şahid-129-ların İsrailin Hermes-450, ABŞ-ın MQ-1 Predator PUA-larının əsasında yaradıldığı iddiası var.

Şahid-129 zərbə PUA-sının gövdəsinin uzunluğu 10 metr, qanadlararası məsafə 16 metrdir; maksimal sürəti 150 km/s, havada qalma müddəti 24 saat, döyüş radiusu 1700 km-dir.

Silahlanmasında 4 idarəolunan tankəleyhinə Sadid-1 raketi (İsrailin “Spayk-ER” raketinin analoqu) və ya Sadid-345 bombası var.

Şahid-129 ağır dronlarının taktiki-texniki xarakteristikası kəşfiyyat-zərbə tapşırıqlarını böyük ölçüdə yerinə yetirməyə imkan verir.

Müqayisə üçün: “Orion” – döyüş radiusu 300 km, sürət 200 km/s, ağırlıqqaldırma 300 kq.

Bayraqdar-TB2 – radius 150 km, sürət 130 km/s, ağırlıqqaldırma – 150 kq.

Döyüş radiusuna və imkanlarına görə “Şahid”lərin ABŞ sistemləri ilə ciddi mübarizə aparacağı gözlənilir.

Qarşılıqlı döyüş olacaqmı?!

Şərhlər bağlıdır.