ƏRDƏBİL ZİNDANINDA 8 MİLLİ FƏAL QEYRİ-MÜƏYYƏN VƏZİYYƏTDƏ SAXLANILIR

Azerbaycan-ruznamesi.org Azad İrana istinadən xəbər verir ki, Ərdəbildə təhlükəsizlik orqanları tərəfindən tutulan və ETTELAAT təcridxanasında dindirildikdən sonra Ərdəbil zindanına köçürülən fəallar qeyri-müəyyən şəraitdə saxlanılır.

Ailələri bildirib ki, Ərdəbil şəhər Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinə çoxsaylı müraciətləri cavabsız qalıb.

Milli fəallar “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq, toplaşmaq və hökumətə qarşı təbliğat aparmaq”da ittiham olunduqdan sonra Ərdəbil zindanının hərbi bölməsinə köçürülüblər.

Xatırladaq ki, İranda baş verən və davam etməkdə olan etiraz aksiyaları zamanı Ərdəbil şəhərində 200 nümayişçi saxlanılaraq ETTELAAT təcridxanası və Ərdəbil zindanına köçürülüb. Onların bir çoxu saxlanıldıqları zaman vəhşicəsinə döyülüb və bədən xəsarətləri alıblar.

Qeyd edək ki, bir sıra insan haqları qurumları Ərdəbildə həbs edilənlərin sayının daha çox olduğunu, ancaq onların hamısının kimliyinin hələlik dəqiqləşmədiyini bildirirlər.

Şərhlər bağlıdır.