Təbriz şəhərində dinc etirazların qanla yatırılmasına etiraz olaraq divarlara şüarlar yazılıb.
Şəhərin bir çox bölgələrində azərbaycanlı fəallar divarlara aksiyaların qanla yatırılmasını pisləyən şüarlar həkk ediblər.
Azərbaycanlı fəallar Təbrizdə divarlara “Məhbus öyrənciləri azad edin”, “Azərbaycan xalqı övladlarına qarşı repressiyalara dözməyəcək”, “Güney Azərbaycan var olsun, Pişəvəri yolun davamlı olsun”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s. şüarlar divarlara vurulub.
Onu da deyək ki, şovinist fars rejimi xüsusilə Azərbaycanın Güneyində və Təbriz Universitetində dinc etirazçılara qarşı vəhşicəsinə yanaşıb.
Hazırda çox sayda həbs olunanlar var və etirazlarda neçə-neçə dinc etirazçı qətlə yetirilib, yaralanıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.