İRAN GENERALI KİMLƏRƏ XƏBƏRDARLIQ EDİR?!

Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin Azərbaycan Respublikası ilə sərhəd bölgələrində “Qüdrətli İran” lozunqu ilə keçirilən hərbi təlimlər. İnqilab Keşikçiləri Korpusunun komandanı general -mayor Hüseyn Salami çıxış edib təlimlər haqda məlumat verir. Təlimlərin məqsədinin “İran daxilində təfriqə yaratmaq istəyənlərə” xəbərdarlıq olduğunu deyir. Məlumat verilir ki, təlimlər zamanı Araz üzərində körpü salıb keçmək də məşq ediləcək.

Daha əvvəl İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının komandir müavini Əli Əkbər Purcəmşidianın təlimlər haqda fikirlərini də təqdim etmişdik. O iddia edirdi ki, “sionist rejim”in bölgədə mövcudluğu ciddi təhlükədir. Bölgənin sərhədləri dəyişdirilməməlidir..İran İslam Respublikası iqtisadiyyatının əhəmiyyətli bir hissəsi bu dəhlizdən keçir və təhdidlərə biganə qala bilmərik.Hər keçirilən təlimin bir mesajı var”.

İran daxilində təfriqə salanlara gəlincə, yenə də SEPAH-a yaxın KİV və ekspertlərə görə, o siyahıda Azərbaycan Respublikası ilk sıralarda gəlir. Guya kimlərsə İranın şimal vilayətlərini İrandan ayrımaq üçün etnik təfriqə salmağa çalışırlar.

Hüseyn Salaminin çıxışı təqdim olunur.
Cəmaləddin H.Qulyev

Şərhlər bağlıdır.