UNUDULMAZ GÜNEYLİ SƏNƏTKARLARIMIZ

RÖVŞƏN BEHCƏT

1945-ci ildə Azərbaycanın Güneyinin Təbriz şəhərində dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə keçmiş SSRİ-nin vətəndaşlığını qəbul edib.

Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək “Göy göl” xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. “Qızıl fond”da saxlanılır.

Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən “Yorulmamışam” televiziya filmini (https://youtu.be/tURRkQAo7J4) ekranlaşdırıb.

Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci il avqust ayının 19-da dünyasını dəyişib.

Ruhu şad, məkanı cənnət olsun.

https://fb.watch/gwSw9e-vSs/

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.