İran İslam Respublikasının Azərbaycan Respublikasına yönəlik siyasəti prezident İbrahim Rəisinin komandası (2021-ci il avqustundan) öz vəzifəsini icra etməyə başlayandan sonra yeni prinsiplərə əsaslanmağa başlayıb.
Həmin prinsiplərin nədən ibarət olduğunu təsəvvür etmək üçün Təbrizdə İran Radio-Televiziya Şirkəti rəhbərliyinin 2021- ci iln oktyabr ayında dörd Cənubi Azərbaycan vilayəti radioteleviziya idarələrinin rəhbərliyi ilə keçirilən birgünlük toplantında qəbul edilmiş qərarlar yada salınmalıdır.
Toplantının yekununda elan edilmişdir ki, bundan sonra İran mediası İran–Azərbaycan münasibətlərinin ideoloji aspektini tamamilə yeni prinsiplər əsasında, yeni məzmunda təqdim edəcəkdir.
Həmin prinsiplər aşağıdakılardır:
1.İran-Azərbaycan münasibətlərini fars-türk deyil, türk-türk münasibətləri kimi nəzərdən keçirmək.
İranın Azərbaycan Respubliasına yönəlik siyasətinin ideolji əsası indiyə qədər türk/azərbaycanlı/(Şimali Azərbaycan)-fars(İran) kim təsəvvür edilirdi. Artıq belə yanaşmanın vaxtı keçdiyindən, həmin münasibətləri türk/azərbaycanlı (Cənubi Azərbaycan)-türk/azərbaycanlı (Şimali Azərbaycan) münasibətləri, rəqabəti kimi təqdim etmək qərara alınmışdır.
2.Cənubi azərbaycanlıların dini kimliyini gücləndirmək
Cənubi azərbaycanlıları Şimali azərbaycanlılara qarşı qoymaq üçün onların dini kimliyini gücləndirmək və guya dövlətin dini strukturlarında mövqelərini möhkəmlətmək və statuslarını yüksəltmək planlaşdırılır.
3.Cənubi azərbaycanlılarda Şimali Azərbaycanın ədalətsizliyi hissini gücləndirmək
Cənubi azərbaycanlılardan Şimali Azərbaycan dövlətinə qarşı istifadə etmək üçün Şimali Azərbaycanın İranla bağlı hərəkətləri və siyasətini ədalətsiz kimi qələmə vermək nəzərdə tutulur.
Biz bu yeni siyasətin ilk təzahürünü artıq kimliksiz, millətinin düşməni olan birinin aşağıda qeyd olunan böhtan və iftiralarında görürük .
İran tərəfi Şirazda mavzoley kompleksində baş verən (26.10.2022) terror hadisəsində Azərbaycan Respublikasının vətndaşının( İŞİD-çi adlandırılan) guya aparıcı rol oynadığını bütün dünyaya elan etdi. Halbuki, nəinki dünyada, eləcə də İranda, terrorun İran xüsusi xidmət orqanları tərəfindən törədildiyni yaxşı bilir və bəyan edirlər.
Bununla belə, Cənubi Azərbaycanda həmişə panfarsistlərə qulluq edən və öz milli hüquqları və milli kimliyindən imtina edən şəxsləri, az da olsa, görmək olar. Belələrindən biri, hətta ana dilinin fakultativ fənn kimi məktəblərdə tədris olunmasının, azərbaycanlıların türk kimliyi və ümumiyyətlə ayrıca etnik kimliyə malik oması əleyhinə mübarizə aparan keçmiş SEPAH zabiti və uğursuz siyasətçi olmuş, hazırda nə işlə məşğul olduğu bilinməyən bir yaramazdır (bax: “ANAJ” saytı, 8 noyabr 2022).
O, yuxarıda qeyd edilən provakasiya xarakterli, əsasız ittiham və düşünülmüş böhtandan ilham alaraq, həyasızcasına Azərbaycana qarşı ağasından daha böyük ittiham və böhtanlar irəli sürərək deyir: ”Təəssüflər olsun ki, Qarabağ terrorçuların əlinə keçib, Türkiyə və Azərbaycan hökuməti terrorçuları ora toplayıb, onlara təlim keçmək, manevr etmək imkanı verib”.
Belə həyasızlıqla iftira atan bu şərəfsiz daha da irəli gedərək müstəqil Azərbaycan dövlətinə zooloji düşmənçiliyini açıq aydın bəyan edir, Azərbaycan hökumətinə qarşı ağasının başından böyük hədələr irəli sürür.
Təbii ki, bu tör-töküntü yuxarıda qeyd edilən siyasətin aciz bir piyadasıdır, ona görə onun hədyanlarını burada təkrar etməyə ehtiyac yoxdur. Onun niyə və nə demək istədiyinə aidiyyatı qurumlar daha yaxşı qiymət verə bilərlər.
Amma əsas məsələ zahirən Cənubi azərbaycanlı birsinin Şimali Azərbaycana qarşı ideolji müharibə cəbhəsini açmasıdır.
İnsan şərəfsiz və ləyaqətsiz olanda, bir qab yal üçün hara, kimə, özününkünə, özgəyə, nə vaxt desən, hürməyə hazırdır.
Biz əminik ki, belə ləyaqətsiz, şərəfsiz və milli kimliksiz şəxslərin sayı ketdikcə nəinki Cənubi Azərbaycanda, eləcə də bütün İranda daim azalacaqdır.
Vidadi Mustafayev,
dosent, tarix üzrə fəlsəfə doktoru,
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri
Şərhlər bağlıdır.