Ukrayna ordusu Luqanskda, eləcə də Donestk və Xersonda əks-hücumu davam etdirir. Buna paralel olaraq, rəsmi Kiyev Rusiya raketlərinə qarşı ABŞ-dan HAWK, Almaniyadan MARS əldə edib.
Azerbaycan-ruznamesi.org “Washington Post”a istinadən xatırladır ki, “Qismən səfərbərlik”, “referendum”, “ilhaq”, “hərbi vəziyyət”, “evakuasiya” kimi tədbirlər həyata keçirən Rusiya Ukrayna ilə müharibənin 9-cu ayına daxil olsa da, vəziyyəti öz xeyrinə dəyişə bilmir.
“Qismən səfərbərlik” qərarı verən Rusiya lideri Vladimir Putin Ukraynaya 300 min ehtiyat əsgər göndərməyə başlayıb. İddiaya görə, Rusiyanın Ukraynada ən azı 70 min əsgəri ölüb, yaralanıb və ya əlil olub. Amma Putin ehtiyatda olan qoşunlarını sahəyə aparsa da, məğlubiyyət ona doğru yaxınlaşır.
Ukrayna ordusu həm Donetsk, həm də Xerson istiqamətində əks-hücumu davam etdirir. Bu arada məlum olub ki, “Vaqner” rus muzdlu qruplaşmasının üzvləri Donetskin əsas nöqtəsi olan Baxmutdan geri çəkib.
Ukraynalılar təkcə Donetskdə deyil, həm də Kreminna ilə Svatove arasındakı kritik magistralda nəzarəti ələ keçirdikləri Luqanskda da yeni sürət qazanıblar.
Ötən həftədən bəri Xersondan dinc sakinləri təxliyə edən Rusiya əvvəlki təxminlərin əksinə olaraq indiyə qədər ələ keçirdiyi yeganə regional paytaxtı müdafiə etməyə hazırlaşır. Dnepr çayı üzərindəki körpülərin uçmasına baxmayaraq, Rusiya ordusu ehtiyatda olan hərbçiləri Xersona göndərir.
Böyük mübarizənin davam etdiyi Baxmutda xüsusilə beton zavodu ətrafında gərgin döyüşlər gedir.
“Washington Post”un diqqətçəkən xəbəri arasında “Vaqner” qrupunun sahibi, milyarder iş adamı Yevgeni Priqojinin Putinlə təkbətək görüşün sensasiyalı detallarıdır. Xəbəri kimliklərini açıqlamayan iki yüksək rütbəli amerikalı məmura əsaslanan “Vaşinqton Post”un yazdığına görə, Priqojin Putinlə əlaqə saxlayıb və Rusiya ordusunun müharibədə düzgün idarə olunmadığını və cəbhədə səhvlərə yol verildiyini bildirib. Priqojinin Rusiya Müdafiə Nazirliyinin “Vaqner”dən böyük fayda əldə etməsinə baxmayaraq, qrupu lazımi maliyyə və resurslarla təmin etmədiyindən şikayətlənib.
“American Foreign Policy” jurnalı isə dünyada əks-səda doğuran bir xəbər dərc edib.
“Rusiya əfqan komandolarını işə götürür”,- başlıqlı xəbərdə ABŞ və NATO tərəfindən təlim keçmiş və keçən il “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra işsiz qalan keçmiş əsgərlərin Moskvadan iş təklifi aldıqları bildirilir.
Məlumata görə, ABŞ və Qərb ölkələri tərəfindən tərk edilən əfqan xüsusi təyinatlı əsgərləri Rusiyanın Ukraynada döyüşmək üçün onlarla əlaqə saxladığını təsdiqləyiblər.
Yalnız bir neçə yüz yüksək rütbəli komandirin ABŞ tərəfindən Əfqanıstandan çıxarıldığını xatırladan “Foreign Policy” amerikalıların 20 ildir təlim keçdiyi minlərlə əfqan əsgərin “Taliban” Kabilə girdiyi zaman qonşu ölkələrə keçdiyini xatırladıb.
Jurnala danışan Əfqanıstan təhlükəsizlik mənbələri, sayı 30 minə çatan əsgərlərin Ukraynada məğlubiyyətə sürüklənən Rusiyanın yanında yer ala biləcəyini iddia ediblər.
Şərhlər bağlıdır.