BİZ CƏNAB PREZİDENTİ DƏSTƏKLƏYIRİK!

Azərbaycan Demokrat Firqəsı bəyan edir: “Biz Azərbaycan Prezidenti İlham Əliyevin İranla bağlı 26 noyabr 2022-ci il tarixli çıxışındakı mövqeyini dəstəkləyirik. Ona görə ki, Tehran mehriban qonşuluq prinsipinə hörmət etmir”.

Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasının bütün türk dünyasını, o cümlədən İrandakı 35 milyondan çox Azərbaycan türkünü sevindirdiyini bildirən Azərbaycan Demokrat Firqəsi əlavə edib: “Azərbaycanın məqsədi Cənubi Qafqazda sülhü və iqtisadi inkişafı təmin etmək, bölgəyə müharibədən sonra kömək etməkdir. Lakin təəssüflər olsun ki, Azərbaycan Respublikasının bu xoşməramlılığı İran tərəfindən birmənalı qarşılanmadığını və gərginliyin artması ilə açıq şəkildə anti-Azərbaycan siyasətinə əl atdıqlarını görürük.

Azərbaycan Demokrat Firqəsi, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının düşüncələrinin təmsilçisi olduğunu vurğulayıb və əlavə edib: “Onun bəyanatlarında aydın mesajlar var. İran mehriban qonşuluq prinsiplərinə əməl etmir və iki ölkə arasında münasibətləri korlayır. Ümid edirik ki, Tehran hökuməti bu xəbərdarlıqları ciddi qəbul edəcək”.

Azərbaycan Demokrat Firqəsi vurğulayır ki: İranın 35 milyondan çox Azərbaycan türkünün hüquqlarına, o cümlədən, ana dilində təhsil haqqına hörmətlə yanaşacağına və son etiraz aksiyalarında məhbus olanları tez bir zamanda azad edəcəyinə ümid edirik. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da Bakının Azərbaycan Diplomatiya Universitetində çıxışı zamanı Bakı -Tehran münasibətlərinə toxunaraq deyib: “Mən İranın üç prezidenti ilə işləmişəm: Hatəmi, Əhmədinejad və Ruhani. Lakin bütün bu illərdə bugünkü vəziyyətə bənzər bir vəziyyət yaranmamışdı. Biz indiki kimi Azərbaycana qarşı nifrət və təhdid dolu bəyanatlar görməmişdik. Bir neçə ay ərzində İran sərhədimizdə iki hərbi təlim keçirdi.”

Azərbaycan əleyhinə bəyanatlara və hərəkətlərə hər zaman cavab verdiklərini vurğulayan İlham Əliyev deyib: “Biz İran sərhədində hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmuruq. Biz Azərbaycan Respublikasında dünyəvi həyat tərzini qorumaq, eləcə də bütün dünyada, o cümlədən, İranda azərbaycanlıların hüquqlarını qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim bir hissəmizdir.”

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.