Noyabrın son günü Azərbaycanlı mədəni fəal Əfşin Sobhi Ərdəbil Kəşfiyyat və Təhlükəsizlik Polisinə çağırılaraq, dindirilib və hədələnib.
Mədəni fəal Əfşin Sobhi dünən, 29 Noyabr 2022-ci il çərşənbə axşamı Ərdəbil Kəşfiyyat və Təhlükəsizlik Polisindən aldığı təkrar zənglər zamanı sözügedən idarəyə gedir və dindirilmiş, həbs olunmaqla hədələnmiş və psixoloji cəhətdən təzyiq altında qalmışdır.
3 saatdan çox davam edən sorğu-sual zamanı təhlükəsizlik qüvvələri zcənab Sobhiyə bildiriblər ki, əgər fəaliyyətini davam etdirsə və mədəni fəallar ilə əlaqə saxlasa, onu uzunmüddətli həbs cəzası gözləyir.
Ayrıca, cənab Sobhi sorğu-sual etdikdən sonra təhlükəsizlik qüvvələri onun atasının evinə gedib və bildiriş təqdim etmədən cənab Sobhinin evində axtarış aparıblar.
Qeyd edək ki, son aylar ərzində Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Ərdəbil şəhərində təhlükəsizlik orqanları Azərbaycanlı mədəni fəalların fəaliyyətinin qarşısını almaq məqsədilə qanunsuz aksiya keçirərək fəalları və onların yaxınlarını telefonla çağırıb, həbs və işgəncələrlə hədələyirlər. Çoxlu Azərbaycanlı fəallar bu hərəkəti qəbul etmir, qanuni hesab etmir və məhkəmə bildirişi göndərilməsini tələb edirlər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.