İranda iki aydan çox davam edən etirazlar və iğtişaşlardan sonra “əxlaq polisi” ləğv edilib.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalı ISNA agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, baş prokuror Məhəmməd Cəfər Müntəziri “əxlaq polisi”nin məhkəmə sistemi ilə heç bir əlaqəsi olmadığını bəyan edib və ləğv edildiyini açıqlayıb.
Qeyd edək ki, İranda ən az 400 nəfərin ölümü ilə nəticələnən hazırkı aksiyalar və iğtişaşlar Məhsa Əmininin “əxlaq polisi” tərəfindən saxlanılmasından və ölməsindən sonra başlayıb.
Vətəndaşlar onun ölümündə hökuməti günahlandırırlar.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.