DÖVLƏT İDARƏLƏRİNƏ QAZ VERİLİŞİ DAYANDIRILDI

İranın neftkimya, polad, sement və elektrik stansiyaları sənayelərindən sonra 840 dövlət, ictimai təşkilat və mərkəzə də qazın verilişi dayandırılıb.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, soyuq mövsümlərdə qaz yataqlarının işlənilməməsi, qazın hasilatı, ötürülməsi və paylanması mərhələsində bir neçə il ardıcıl olaraq geniş itkilərə məruz qaldığı üçün ölkə ciddi qaz çatışmazlığı ilə üzləşir.

Ötən il İranda gündəlik orta hesabla 728 milyon kubmetr qaz hasilatı olub, qışda isə 250 milyon kubmetr qaz defisiti yaranıb.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.