Dekabrın son günlərində İranda etiraz aksiyaları yenidən genişlənib, bir neçə şəhərdə kütləvi nümayişlər keçirilib.
Tehran, Kərəc, Məşhəd, Babol, İsfahan və başqa bir neçə şəhərdə keçirilən nümayişlər zamanı İran hakimiyyətinə məxsus simvollar, o cümlədən, Əli Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb.
Tehranın Vəliəsr bölgəsində baş tutan aksiyada qadın etirazçılar SEPAH-a tabe “Bəsic” qüvvələrinin yerli qərargahına “Molotov kokteyli” atıblar.
Etirazların yenidən alovlanmasına SEPAH-ın Qüds qüvvələrinin komaniri İsmayıl Qaaninin hicabsız və etirazçı qadınları “həyasız”, “əxlaqsız” adlandırması səbəb olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.