BİR GÜNEYLİ QARDAŞIMIZDAN XOY ZƏLZƏLƏSİNDƏN ƏZİYYƏT ÇƏKƏNLƏRƏ MÜRACİƏT

“Salam, dostlar!

Lütfən, bütün səhifələrdə və qruplarda məlumat verin ki, Şəbüstərdə bir qrup xeyriyyəçi cənab Bisət Şəbüstərinin rəhbərliyi altındaelə Şəbüstərin özündə bir neçə restoranda Xoydakı zəlzələ qurbanlarından 700-ə qədər ailəni yerləşdirmək – yataqxana, səhər, günorta və şam yeməyi, həkim nəzarəti ilə təmin etmək gücünə malikdirlər.

Lütfən, həqiqətən yaşayışa ehtiyacı olanlar cənab Şəbüstriyə müraciət etsinlər ki, onları bir və ya iki ay müddətinə yaşayış yeri ilə təmin etsinlər. Bununla belə müraciət edənlərin əllərində qubernatorluqdan və ya kənd sovetindən yaşayış yeri barədə arayış olmalıdır ki, həqiqətən Xoyda zəlzələ bölgəsində yaşayırlar.

Mən də bir neçə maşınla insanları ora köçürməyə hazıram. Mənim nömrəm 09149613941 və cənab Bisət Şəbüstərinin nömrəsi 09308671221-dir”.

Müraciəti təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.