XOYDA ANA VƏ QIZ ÇADIRDA ÖLÜB

Zəlzələdən zərər çəkən ana və qız çadırda kömür istehlakı nəticəsində yaranan qazdan həyatını itirib.

Batı Azərbaycanın tibbi qəzalar və fövqəladə hallar üzrə direktoru Fərzin Rizazadə bu xəbəri açıqlayıb və dünən, şənbə günü, 3 Fevral, 80 yaşlı ana və 55 yaşlı qız Xoyun Firurəq kəndində çadırın içərisində kömür istehlakı nəticəsində yaranan qazdan ölüblər.

Rizazadənin sözlərinə görə, bu ana və qızı soyuqda çadırlarını qızdırmaq üçün çadırda kömür yandırmağa üz tutublar.

Batı Azərbaycanın tibbi qəzalar və fövqəladə hallar üzrə direktoru onu da bildirib ki, Xoy zəlzələsindən zərərçəkənlərin çadırlarında 100-dən çox belə zəhərlənmə hadisəsi qeydə alınıb.

Xoy zəlzələsində 3 nəfər ölüb, minə yaxın insan yaralanıb. Batı Azərbaycan əyalətində bu şəhərin minlərlə sakini öz evlərindən didərgin düşüb və son günlər dərc olunan şəkillər onların yardım vəziyyətindən narazılığını göstərir.

Zəlzələdən sonra ilk gün sosial şəbəkələrdə İran hökumətinin yardım almaq üçün toplaşan zəlzələ qurbanlarına su şırnaqlarından və iğtişaşlara qarşı qüvvələrdən istifadə etdiyini göstərən şəkillər və videolar dərc edilib.

Azerbaycan-ruznamesi.org                                             

Şərhlər bağlıdır.