ABDULLAHİAN CENEVRƏDƏ DEMƏK OLAR BOŞ ZALLA ÜZBƏÜZ QALDI

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian daha bir xoşagəlməz halla  üz-üzə qalır. O, xitabət kürsüsündə demək olar boş zal üçün çıxış edib.

İran XİN rəhbəri BMT-nin iclasında ilk dəfə deyil ki, belə vəziyyətlə üzləşir. Müxtəlif ölkələrin diplomatları və nümayəndələri molla rejiminə etiraz olaraq salonu tərk edirlər.

Hüseyn Əmir Abdullahian BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında iştirak edərkən Cenevrədə də eyni münasibət görməsi təsadüfi deyil. Çünki İran İslam Respublikası insan hüquqlarının pozulması sahəsində bütün antirekordlara imza atıb. Yəqin ki, BMT-dən bu münasibəti beş barmağı kimi yaxşı bilən nazirə bu sirr deyildi.

Şərhlər bağlıdır.