“İRAN” QƏZETİ – TERRORÇULARIN TRİBUNASI

İranda müxalifət qəzeti yoxdur. Mollalar hakimiyətə gəldikdən sonra az-çox mütərəqqi düşünən nəşrlərin demək olar ki, kökünü kəsiblər. O tənqidlərə yol verilir ki, icazəlidir, hakimiyyətlə problem ortaya çıxmayacaq. Müxtəlif rəhbər cinahlar arasında gedən döyüşlərdə qəzet, jurnal, radio və televiziyada belə qarşıdurmalar nəzərə çarpmır. Lakin İran ictimai fikri bundan heç nə qazanmır.

Hakimiyyətin “İran” qəzeti də bu oyunlarda “məharətlə” oynamağa çalışır. Hökumətinin rəsmi xəbər orqanı olan bu nəşr yaxın sayında “Hüseyniyun” terror qruplaşmasının üzvlərindən müsahibə alıb.

Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan qəzetin baş redaktoru Məhəmməd Mütləqin “Hüseynçilər” qruplaşmasının qondarma rəhbəri ilə söhbətində qruplaşmanın yaradılmasının yeni məqamları üzə çıxıb. O, qruplaşmanın təşkilində SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymaninin rolu haqqında deyib:

– Qasım Süleymani hesab edirdi ki, bir gün Suriyada müharibə bitəcək, lakin İsraillə “müqavimət oxu”nun fəaliyyəti Cənubi Qafqaza keçəcək. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyun” qruplaşmasının nizamnaməsini imzaladı. Azərbaycan “müqavimət oxu”na daxil olan ölkələr sırasında deyildi və Hacı Qasımın işi bir növ dekonstruksiya hesab olunurdu.

Müsahibədə Orxan Məmmədov, Musa Əsədzadə və Əkrəm Hacızadə də iştirak ediblər.

Qeyd edək ki, müsahibə zamanı “Hüseyniyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin qətlinə göstərdikləri cəhdə görə məsuliyyəti dolayısı ilə öz üzərlərinə götürüblər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.